27 Yanvar 2020 14:20
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Mingəçevir şəhər polis şöbəsinə şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Mingəçevir şəhər polis şöbəsi və Yevlax rayon polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər