2 Fevral 2020 00:55
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birinin zirzəmisindən 2 ədəd laqunda, 3 ədəd kombi aparatının mühərriki və 30 kiloqram mis məftil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qafarov saxlanılıb.

Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 500 manat və 200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Əmrayev tutulub.


Müəllif: Hacı Zeynalov