Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq hərbçi ölüb.
Teleqraf.com xəbər verir ki, hərbçinin ölümünə səbəb güllə yarası olub.
Ayk Asryan adlı hərbçinin ölümü fevralın 14-ü saat 19:00 radələrində baş verib.
Onun hansı şəraitdə ölməsi isə məlum deyil.