21 Fevral 2020 00:08
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbərinə görə, nazirliyin “102” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda KİA markalı minik avtomobili yol kənarındakı reklam lövhəsinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1981-ci il təvəllüdlü Abdullayev Zaman Firail oğlunun və şəxsiyyəti məlum olmayan daha bir nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com