Sabirabad rayonunda qəbristanlıqda oğurluq olub.
Teleqraf.com xəbər verir ki, fevralın 22-də Sabirabad şəhəri ərazisindəki qəbristanlıqdan məzarların ətrafına çəkilmiş 6 metr uzunluğunda dəmir hasarı oğurlamağa cəhd göstərən rayon sakinləri Y.Əzizov, M.Qarayev və T.Sadıqov Sabirabad Rayonlararası mühafizə bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Onların barələrində tədbirlər görülməsi üçün rayon polis şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən qəbristanlıqda bir çox tanınmışların məzarları var.
Onların arasında kriminal aləmdə "Sabirabadlı Hikmət" kimi tanınan Hikmət Mustarov, onun əmisi oğlu, “Qorbatı Ramiz” ləqəbi ilə tanınan Ramiz Muxtarovun da məzarı var.
Hikmət Muxtarov 2006-ci ildə naməlum silahlı adamlar tərəfindən öldürülüb.