27 Fevral 2020 17:05
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunda 2 nəfərin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, Şəmsəddin Kərimov və oğlu Elməddinin qətlə yetirilməsi ilə bağlı Yardımlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda polis və prokurorluq əməkdaşları tərəfindən cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri görülür.

***

15:58

“Baron Şəmi” ləqəbi ilə tanınan narkotik alverçisinin qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.

Teleqraf.com-un xəbərinə görə, sonuncu dəfə 2016-cı ildə həbs olunan Şəmsəddin Kərimov bu günlərdə həbsdən azad olunub. Onun 6 dəfə məhkum olunduğu bildirilir.

Məlum olub ki, Kərimovların Eçara kəndində babalarından qalma torpaq sahələri olub. Onların arasında mübahisə elə babadan qalma həmin torpaq sahəsinin bölgüsü üstündə yaranıb.

Bu zaman dəhşətli hadisə baş verib.

Qeyd edilir ki, uzun illər Kərimovlar arasında bu torpaq sahəsinin bölgüsü üstündə mübahisə gedib.

***

15.12

Yardımlı rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Eçara kəndində Masallı sakini rayon sakinləri - Şəmsəddin Kərimov və onun oğlu Niyaməddin Kərimov güllələnib.

Məlum olub ki, hadisə Şəmsəddin Kərimovun qardaşı oğlu ilə arasında yaranan mübahisə zəminində baş verib.

Belə ki, mübahisəyə səbəb torpaq sahəsinin bölgüsü olub.

Şəmsəddin Kərimovun qardaşıoğlu ilə aralarında torpaq üstündə mübahisə yaranıb.

Mübahisə zamanı adı açıqlanmayan şəxs ata və oğulu güllələyərək öldürüb.

Qeyd edək ki, qətlə yetirilən Şəmsəddin Kərimov "Baron Şəmi" ləqəbi ilə tanınıb.

O, əvvəllər narkotik alveri ilə bağlı həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər