3 Mart 2020 09:39
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Report.az-a istinadən verdiyi xəbərə görə, hadisə martın 2-si saat 18:30 radələrində baş verib.

Belə ki, Qobustan şəhər sakinləri - 1983-cü il təvəllüdlü Şıxəliyev Elnur Amil oğlu, 1986-cü il təvəllüdlü Şıxəliyeva Gülçiçək Bərkdəmir qızı, 2009-cu il təvəllüdlü Şıxəliyev Məhəmməd Elnur oğlu, 2006-cı il təvəllüdlü Şıxəliyeva Könül Elnur qızı və Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Şıxəliyeva Gülminə Gülbaba qızı siçan dərmanından zəhərlənib.

Onlar təcili olaraq 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər