Bakının Sabunçu rayonunda qadına qarşı soyğunçuluq edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs Zabrat qəsəbə sakini G.Zəkiyevanın 300 manatını əlindən alıb.
G.Zəkiyeva söyğunçuluqla üzləşməsi barədə Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Onun narkotik aludəçisi olduğu deyilir.
İstintaq araşdırması zamanı S. Məmmədovun əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.