7 Aprel 2020 00:31
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

36 yaşlı Göyçay sakini bacısının evində intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Qaraməryəm kəndində baş verib.

Kənd sakini 36 yaşlı Allahyarov İbrahim Əvəz oğlu rayonun Aşağı Qaraməryəm kəndində yaşayan bacısıgilə gedərək özünə qəsd edib.

İ.Allahyarovun meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları tərəfindən baxış keçirilib.

Onun hansı səbəbdən intihar etdiyi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com