9 Aprel 2020 12:38
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Faktla bağlı Füzuli rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov