Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, şəhərin 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulub.
Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.