Bakının Xəzər rayonunda mağaza yandırılıb.
Teleqraf.com xəbər verir ki, aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7500 manat dəyərində maddi ziyan vurulub.
1-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.
Məlumata görə, hadisəni törədən şəxslər əvvəlcə mağaza sahibi ilə mübahisə ediblər. Onlar qisas almaq məqsədilə gecəyarısı mağazanı yandırıblar.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.