Bakının Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini F.Cəfərov aprelin 23-də rayon ərazisindəki parkların birində bir nəfərin onu bıçaqla hədələyib, 53 manat pulunuı və mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.