12 May 2020 09:22
3 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Ceyhun Qaraşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Sumqayıt şəhəti, 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini Pərviz Paşayev və qardaşı Fariz Paşayev Ceyhun Qaraşov ilə mübahisə edib.

Məlum olub ki, onların söz davası əvvəlcə Pərviz Paşayevin yaşadığı həyətdə, daha sonra isə başqa ərazidə davam edib.

Nəticədə Ceyhun Qaraşov Paşayev qardaşlarına bıçaqla xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Hadisəni törədən Ceyhun Qaraşov həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər