19 May 2020 08:05
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Yunnan əyalətində 5 bal gücündə zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 23 nəfər xəsarət alıb.

Yeraltı təkanlar yerli vaxtla saat 21:47-də Çjaotun şəhər dairəsinin Tsyaotszya qəzasında qeydə alınıb. Zəlzələnin episentri 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra yerli hakimiyyət operativ şəkildə xilasetmə işləri təşkil edib, zədələnmiş binalarda olan sakinlər təhlükəsiz yerlərə təxliyyə edilib. Təxliyyə edilənlərin sayı hələlik açıqlanmır.


Müəllif: Teleqraf.com