19 May 12:09
690

Bakının Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub.

Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov