“Çinlə Rusiya arasında on illərlə davam edən qarşılıqlı inamsızlıq öz yerini tədricən anlaşmaya buraxır. Sovet İttifaqı dağılandan sonra Amerikanın dünyaya verdiyi yeni düzəni bu yaxınlaşma rədd edir”, ekspertlərə və diplomatlara istinad edən “The Wall Street Journal” yazır.
Rusiya prezidentinin Çin kitab mağazalarında satışa çıxarılmış əsərinə böyük tələbatın olmasını bu yaxınlaşmanın əlamətlərindən hesab etmək olar. Yerli kitab mağazalarından birindən bildiriblər ki, Ukrayna hadisələri başladıqdan sonra Çində Putin barəsində kitablara aşırı maraq yaranıb. “Vladimir Putin: Rusiya üçün doğulmuş” və “Putinin dəmir yumruğu” əsərləri xüsusilə çinlilər arasında populyardır. Çinlilər “Böyük Pyotr” kimi ona “Böyük Putun” deyirlər.
“Pew Research Center”nin məlimatına görə, Çin dünyanın tək-tük ölkələrindən biridir ki, Ukrayna böhranına görə Moskva ilə Qərb arasında münasibətlərin gərginləşməsi onların maraqları ilə üs-üstə düşdü. Çin bu qarşıdurmada Rusiyanı haqlı bilir. Çin prezidenti Si Çzinpinin Rusiya prezidenti ilə əla münasibətləri var. Müşahidəçilər deyirlər ki, bu iki lider arasında həm şəxsiyyət, həm də siyasətçi kimi xeyli oxşarlıqlar var.
Si Çzinpini iqtidarı xarizmatik olmayan birisindən almalı olub. İndi Çin Kommunist Partiyası onun sələfi haqqında belə deyir: “Xu Çzitao xalqın dəstəyini qazana bilmədi, Çinin milli maraqlarının müdafiəsində uğur qazanmadı”. Ancaq Çinin yeni prezidenti Si Çzinpin ölkənin ərazi iddialarının hərbi yolla müdafiəsinə hazır olduğunu nümayiş etdirdi, antikorrupsiya kompaniyasına başladı və “milli dirçəliş”lə bağlı siyasi çağırışlar etdi. Və bu kimi addımları ona “dəmir əl” imici yaratdı. O, iqtidara gəldikdən sonra Kütləvi İnformasiya Vasitələri üzərində total nəzarət gücləndirildi, fərqli siyasi baxışlara görə təqiblər başladı, Qərbin Çinə ideoloji təsirlərinin aradan qaldırılması istiqamətində addımlar atıldı. Qərbdən maliyyələşdirilən qeyri-hökumət təşkilatlarına qarşı repressiyalar gücləndi.
Çin prezidenti ilə Rusiya prezidentinin tarixə münasibətində də oxşarlıqlar var: Onların hər ikisi öz ölkələrinin keçmiş hərbi gücündən söhbət açmağı xoşlayırlar. Rusiyada Stalinin tədricən reabilitasiya olunması prosesi gedir. Çində isə müvafiq olaraq Mao Tsedunun nəhəg xidmətləri ilə bağlı tərifi göylərə qaldırılır.
Bu iki böyük ölkənin “real siyasət”lə bağlı da bir biri ilə səsləşən mövqeləri var. Rusiya Çin kapitalına və bazarına ehtiyac duyur, Çin isə Rusiya tərəfindən dünya çapında diplomatik dəstəyə ümid edir. Rusiyanın enerji ehtiyatları da Çin üçün cəlbedicidir.
Ancaq bu iki super ölkə arasında ziddiyyətlər də var. Məsələn, “əvvəllər Sovet İttifaqına daxil olmuş Orta Asiya ölkələrində Çinin təsir dairəsinin güclənməsi” Rusiyanın ürəyincə deyil. Çin isə Rusiyanın Hindistana və Vyetnama silah satmasını həzm edə bilmir. Hər iki ölkə ilə Çinin ərazi münaqişəsi var. Bundan başqa yaşlı nəsil onu da xatırlayır ki, 1960-cı illərdə iki ölkə arasında başlamış ideoloji çəkişmə 1969-cu ildə SSRİ ilə Çin arasındakı sərhəddə münaqişə yaşanmasına səbəb oldu....
musavat.com