31 May 2020 12:02
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Mexkalon qəsəbəsində 1980-cı il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub.

Arzu Tağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov