Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi və 6-cı polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 10-da Bakı şəhər sakini R.İsayevə məxsus “KİA” markalı avtomobildən noutbuk və fləşkart oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.
Teleqraf.com xəbər verir ki, ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bu il fevralın 7-dən aprelin 14-dək olan müddətdə rayon ərazisindəki 1 aptekdən 1400 manat pul, sənədlər və 500 manat dəyərində dərman preparatları, 3 mağazadan isə 120 manat pul, 2 200 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.