2 İyul 09:55
382

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bürsülüm kəndinə gedən dağ yolunda "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 3 nəfər ölüb. İki nəfər isə yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib.

Vəziyyətlərinin ağır olduğu bildirilr.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov