Bakının Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi məkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kefenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.