Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisdən verilən xəbərə görə, Oqtay Əsədov bu cür səfərlərin ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə xidmət etdiyini deyib. Bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəm təməllər üzərində qurulması təqdirəlayiq haldır: “Azərbaycan onun dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Böyük Britaniya ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Hər iki ölkənin parlamentləri bu əlaqələrin dərinləşməsinə öz töhfəsini verməkdədir. İnanırıq ki, gələcəkdə bu əlaqələrimiz daha da inkişaf edəcəkdir”.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Baş nazirin ticarət üzrə səfiri Lord Riçard Risbi isə öz növbəsində müasir dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, ölkənin ali qanunvericilik orqanında olmağından, spikerlə fikir mübadiləsi aparmağından məmnun qaldığını söyləyib.
Qonaq ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu xüsusuilə vurğulayıb.
Nemət