9 İyul 2020 13:57
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Mütəşəkkül Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Kənd Təsərrüfatı Nazirliyinin ölkədə fermerlərə verilməli olan subsidiyaların mənimsənilməsi ilə bağlı birgə keçirilən əməliyyatın bəzi təfərrüatı məlum olub.

Teleqraf.com xəbər verir ki, əməliyyat ölkənin bir neçə rayonunda keçirilib.

Əməliyyat zamanı özəl sektorun onlarla əməkdaşı mənimsəmədə ittiham olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı həmin şəxslərin külli miqdarda aqrar subsidiyaları mənimsəməsi faktı üzə çıxıb.

Saxlanılan şəxslərin əksəriyyəti ölkədə gübrə təchizatçısı olan şirkətlərin rəhbərləridir.

Məlumatlara görə, 15-dən çox rayonda fermerlərə ayrılan subsidiyalar mənimsənilib.

Hazırda əməliyyat davam etdirilir.

***

13:26

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

Teleqraf.com xəbər verir ki, idarə əməkdaşları Kənd Təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir.

Çoxlu sayda saxlanılanlar var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər