Türkiyənin tanınmış iş adamı Ertem Gürsoy otel otağında ölü halda tapılıb.
Teleqraf.com xəbər verir ki, 36 yaşlı iş adamı ilə əlaqə yarada bilməyən işçiləri onun qaldığı otelə gediblər.
Gürsoyun otağına daxil olan otel rəsmiləri onun cansız bədəni ilə qarşılaşıblar.
Polis araşdırmalara başlayıb.