30 İyul 2020 20:25
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı mərhum milli fəal Əziz Purvəlinin məzar daşı naməlum şəxslər tərəfindən sökülüb.

Teleqraf.com xəbər verir ki, sökülən məzar daşının üzərində Azərbaycan dilində etiraz məzmunlu şeir yazılmışdı.

Hələlik milli fəalın məzarına qarşı barbar hərəkətin kimlər tərəfindən törədildiyi məlum deyil.

Məzar daşında bu sözlər qeyd edilmişdi: “Sahibsiz olan məmləkətin batması haqdır, Biz sahib olursaq bu vətən batmayacaqdır”.

Əziz Purvəli 2019-cu il mayın 23-də Təbrizdə xəstəlikdən vəfat edib və Təbrizin “Vadi rəhmət” qəbiristanlığında torpağa tapşırılıb. O, sağlığında Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər