3 Avqust 2020 09:11
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub.

Qəza etmiş avtomobillərin yoldan götürülməsi üçün evekuatorlar gətirilib


Müəllif: Teleqraf.com