Kürdəmirdə bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Dəyirmanlı kənd sakini, 34 yaşlı Mazakov Samir Təvəkkül oğlu öz traktorunun akkumulyatoruna enerji doldurmaq istəyərkən onu elektrik cərəyanı vurub.
Nəticədə S.Mazakov hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə edilməsi üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Fakt araşdırılır.