6 Avqust 2020 16:38
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.

Yanğın Cəlilabad meşəbəyliyin 4-cü və 5-ci dolaylarında qeydə alınıb.

Yanğın yerinə Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları cəlb edilib. Lakin güclü külək yanğının geniş əraziyə yayılmasına səbəb olub.

Hazırda yanğın davam edir./report/


Müəllif: Teleqraf.com