11 Avqust 2020 09:30
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda mağazada yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 35 m² olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb.

Yüksək temperaturdan lambirindən ibarət tavan 1 m² sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com