12 Avqust 2020 13:05
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə avqustun 11-də saat 17 radələrində Kürdəmir rayonunun Sovla kəndi ərazisində qeydə alınıb.

Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarında dayanmış kənd sakini Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub.

Nəticədə E.Əzizovun sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və 2 sərnişini isə xəstəxanaya yerləşdirilub.

Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov