Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Gəncə prospektində 2004-cü il təvəllüdlü Ayxan Həsənov naməlum şəxslə mübahisə edib.
Mübahisə zamanı o, naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs oradan qaçıb.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.
Faktla bağlı cinayət işi başlanıb.