17 Avqust 2020 18:29
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Qarabağ müharibəsi zamanı Şuşa və Laçının müdafiəsi uğrunda döyüşmüş təqaüddə olan prokurorluq əməkdaşı Tanrıverdiyev Telman Əliş oğlu ötən gecə koronavirusdan dünyasını dəyişib.

Bu barədə Teleqraf.com-a mərhumun tələbə yoldaşı və dostu, sabiq deputat Çingiz Qənizadə məlumat verib.

Dostunu itirdiyinə görə çox məyus olan Çingiz Qənizadə müsahibə zamanı göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Telman Tanrıverdiyev Laçın rayon Polis şöbəsinin müavini, Laçın rayon prokuroru və prokurorluq orqanlarında müxatəlif vəzifələrdə çalışıb. İki il öncə təqaüdə çıxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər