22 Avqust 2020 13:19
6 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsində hakim qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Eks-deputatın qudası Rövşən Mustafayev toy məclisində 20-25 nəfərin iştirak etdiyini söyləyib: "Kiçik məclis idi və qaydalara uyğun şəkildə açıq havada təşkil olunmuşdu. İştirak edənlər arasında 4 nəfər ailə üzvü və yaxın dostlar vardı".

Rövşən Mustafayev də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsilə 15 sutka həbs olunub.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaqdır. Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər