13 Oktyabr 2014 14:31
1 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belə bir halın müşahidə edilməsi yaxşı əlamət deyil. Amma bu, hansısa başadüşməzin, nadanın da səhv hərəkəti ol bilər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran dünən Milli Şuranın mitinqində İŞİD bayrağının dalğalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hansısa qüvvələr kənardan fitva verib İŞİD bayrağını ortalığa sala bilər:

“Burada məqsəd ara qarışdırmaqdır. Azərbaycanda İŞİD-in mövqeyi demək olar ki, yoxdur. Ölkəmizdə İŞİD mövqeli düşüncə sahiblərinin çox olması mümkün hadisə deyil. Sadəcə ara qarışdırmaq və təxribatdan başqa bir şey deyil. Hüquq mühafizə orqanları həmin şəxsləri tutub, onun barəsində yəqin məlumat verəcəklər və məsələlər Azərbaycan ictimaiyyətinə daha da aydın olacaq”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər