8 Sentyabr 2020 12:02
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov