9 Oktyabr 2020 23:58
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal Məhəmmədibrahim Coudət Noucədehə Təbriz hava limanında “Traktor” futbol klubunu qarşılama mərasimində iştirak etdiyinə görə ağır cəza verilib.

Teleqraf.com xəbər verir ki, fəal İran məhkəməsinin qərarı ilə həbs, cərimə və şallaq cəzasına məhkum edilib.

Məhəmmədibrahim Coudət Noucədeh “Traktor”un çempion olmasından sonra - sentyabrın 4-də Təbriz hava limanında komandanın qarşılanma mərasimində iştirak edən zaman İranın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, məhkəmədə “siyasi sistem əleyhinə təbliğat aparmaq”da ittiham olunub.

Fəala qarşı, həmçinin “cəmiyyətdə iğtişaş yaratmaq” ittihamı ilə 63 şallaq zərbəsi cəzası oxunub.

Məhəmmədibraim Coudət Noucədehə göndərilən ittihamnamədə hökmlərin qəti olduğu və onlardan apellyasiya şikayətinin verilməsinin mümkün olmadığı qeyd edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər