Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılmış atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Ağcabədi rayon Prokurorluğundan bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanmış tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.