29 Oktyabr 2020 13:31
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Katex kəndi ərazisində kənd sakini Y.Nəbiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı hasara vurub.

Nəticədə avtomobildəki sərnişin Tofiq Mikanayev hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov