17 Oktyabr 2014 15:23
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Rusiya ilə həm iqtisadi, həm də humanitar sahədə yaxşı münasibətləri var. Bu münasibətlər təkcə Rusiya ilə belə deyil. Biz ikitərəfli münasibətlərə həmişə üstünlük vermişik”.

Teleqraf.comı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Zaiyafət Əsgərov deyib. Onun sözlərinə görə Azərbaycanın Avropa İttifaqı, Avropa Parlamenti ilə də yaxşı münasibətləri var. “Biz fərq qoymuruq ki, kimləsə daha üstün münasibətlər quraq. Azərbaycan inkişafın elə mərhələsindədir ki, bir çox dövlətlərin, o cümlədən Rusiyanın ölkəmizə marağı artıb. Sözsüz ki, xarici siyasətimizi milli maraqlar üzərində qururuq”

O, Azərbaycanın Gömrük İttifaqına üzv olmamasının səbəblərinə də aydınlıq gətirib. Milli Məclis rəsmisi bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərə üstünlük verir. O, Azərbaycanın Avrasiya İttifaqına üzv olacağı təqdirdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı məsələlərə də münasibət bildirib: “Biz Qarabağa görə hansısa ittifaqa üzv ola bilmərik. Qarabağ elə bir məsələdir ki, onunla ticarət etmək olmaz. Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın əzəli torpaqlarıdır. Biz kiminsə qabağında belə bir məsələ qoymamışıq ki, hansısas ittifaqa girək, sonra bizə Qarabağı versinlər”.

"Azərbaycan və Ermənistan prezidentlərinin hər bir görüşündən xüsusi irəliləyiş olmasa da, bunların əhəmiyyəti var. ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ danışıqları ilə bağlı səyləri artırmalıdırlar. Amma Azərbaycanın prinsipial mövqeyi dəyişməz olaraq qalır”. Bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Qarabağla bağlı aparılan danışıqları şərh edərkən deyib. Onun sözlərinə görə danışıqlar Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik rayonlardan Ermənistan silahlı bölmələrinin çıxardılması şərti müstəvisində gedir".

Ziyafət Əsgərov ABŞ və beynəlxalq təşkilatların Azərbaycanda həbs olunan QHT rəhbərlərini azadlığa buraxması tələbinə isə belə cavab verib: “Bir dənə Leyla Yunusa görə Azərbaycan heç vaxt təklənə bilməz. Doğurdanmı Amerika Birləşmiş Ştatlarının problemləri qurtarıb, indi Leyla Yunusla maraqlanır?!Məgər onların özündə problem yoxdur?! Amerikada irqçilik zəminində çox böyük problemlər var. Azərbaycanəın daxili işlərinə qarışmaq lazım deyil. Hansısa erməni lobbisinin, hansısa qüvvələrin təsiri altında Azərbaycanla bağlı qərəzli bəyanatlar verilirsə, buna təəssüf etmək lazımdır”.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycana qarşı kampaniyalar çoxdan başlayıb. O deyib ki, beynəlxalq aləmin Azərbaycana qarşı təhdidlərini rəsmi Bakı çox gözəl başa düşür. Vitse-spiker vurğulayıb ki, bəzi qüvvələr Azərbaycanın onlara hesabat verməsini istəyir.

Vitse-spiker Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana səfər etməsinə də münasibət bildirib: “Rusiyanın Azərbaycana münasibətini Jirinovski ilə ölçmək lazım deyil. O, xahiş etmişdi və Bakıya gəldi. Özü nə üçün gəldiyini gözəl bilir. Bu adamın indiyə qədər Azərbaycana olan münasibəti bəllidir. O, Azərbaycana gəldi, öz gözü ilə hər şeyi gördü. Qayıdandan sonra isə Dövlət Dumasında Azərbaycanı təriflədi”.

Nemət


Müəllif:

Oxşar xəbərlər