3 May 2014 17:14
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Şuranın növbəti sessiyası keçirilib. Bir neçə saat davam edən toplantı gərgin keçib.

Teleqraf.com-un xəbərinə görə, toplantıda çıxış edən Klassik Xalq Cəhbəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu rəsmən Milli Şuradan çıxdıqlarını bəyən edib. Partiya sədri Milli Şurada qalmağın artıq əhəmiyyətsiz olduğunu bildirib.

Müsavat.com-un xəbərinə görə, Milli Şuranın üzvü, hüquq müdafiəçisi Akif Hüseynov da Milli Şuradan istefa verib.

O, quruma yeni üzvlərin qəbuluna etiraz edib: “Biz özümüz bu gün bir iş görə bilməmişik. Milli Şuraya yeni üzvlərinin qəbulun onun güclənməsinə yox, dağılmasına xidmət edəcək”.

C.Həsənli isə deyib ki, yeni üzvlərin qəbulu bu gün də, bundan sonra da qəbul keçiriləcək: “Müraciət edənlərin qəbulunu Koordinasiya Mərkəzi müzakirə edir və sessiyaya tövsiyə edir. Kim qəbula etiraz edirsə, bu onun öz işidir. Bu adamlar Milli Şuranın işinə xeyri olacaq”.

A.Hüseynov buna etiraz olaraq qurumdan istefa verdiyini bəyan edib və iclası tərk edib. C.Həsənli isə "8 ay bizimlə bir yerdə gəlib, indi getmək yaxşı deyil" - deyə cavab verib.


Müəllif: