25 Noyabr 2020 13:30
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı və Biləsuvarda polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə COVİD-19 infeksiyasına yoluxmuş şəxslərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Masallı şəhər sakini Nizami Allahverdiyev və onun həyat yoldaşı Mənzər Allahverdiyevaya COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb.

Lakin Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar şəhər ərazisində taksidə aşkar edilərək təcili tibbi yardımla yaşadıqları ünvana qaytarılıblar.

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının son bir neçə gündə keçirdiyi müvafiq tədbirlərlə 7 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə, Səyyarə Əzizova və Aygün Qasımova isə Biləsuvar rayonunu tərk etmək istəyərkən stasionar postda saxlanılıblar.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onların bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükəli olduğu diqqətinə çatdırılıb və tam sağalanadək evdən çıxmamaları barədə ciddi xəbərdarlıq ediliblər.

Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi istiqamətində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər