5 Dekabr 2020 17:40
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda evlərdə oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən və bir oyun zalından iki ədəd televizor, iki ədəd rəqəmsal oyun avadanlığı, bir ədəd mobil telefon, qızıl-zinət əşyaları və bir ədəd notbuk oğurlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb.

Dindirmə zaman həmin şəxs evlərə və oyun zalına qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib.

N.Əliyevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun rayon ərazisində törətdiyi daha altı oğurluq faktının da üstü açılıb.

Saxlanılan şəxs qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir qismini dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları xərclədiyini bildirib.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların əksəriyyəti isə maddi sübut kimi götürülüb.

N.Əliyev barəsində Xaçmaz rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər