23 Dekabr 2020 14:35
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində bu ilin oktyabr ayında soyğunçuluq edən şəxs saxlanılıb.

Əməliyyat zamanı Elman Verdiyev tutularaq polis bölməsinə gətirilib.

Qeyd edək ki, Elman Verdiyev hadisə günü S.S.Axundov küçəsində paytaxt sakini olan bir qadının dəyəri 1000 manat olan qızıl boyunbağısını dartıb ələ keçirərək qaçıb. Saxlanılan şəxs ifadəsində hadisəni törətdiyini etiraf edib, boyunbağını qızıl qəbulu məntəqələrindən birində 400 manata satdığını qeyd edib.

Elman Verdiyev barəsində 5-ci polis bölməsində toplanan materialları Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər