Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Rayon ərazisində qurulmuş stasionar postda koronavirus pandemiyasına yoluxmuş rayonun Otuzikilər kənd sakini Ə.Allahverdiyevanın karantin qaydalarına zidd davranaraq müalicə aldığı ünvanı tərk etdiyi müəyyən edilib.
M.Təhməzov polis əməkdaşlarının müşaiyəti ilə müalicə aldığı ünvana geri qaytarılıb.
Bərdə rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.