Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, tanınmış aktyor İlham Namiq Kamal sosial şəbəkədə yazıb.
Ağaxan Şərifovun uzun zaman xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, Ağaxan Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. O, Gənclər Teatrında (1990-1996), İlham Miniatür Teatrında (1993-2007) çalışıb. 2007-ci ildən isə Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru idi.
Burada səhnə fəaliyyətinə başlayandan biri-birindən maraqlı obrazlar yaradıb. Eyni zamanda, “Nə gözəldir bu dünya...” (1999), “Əlavə təsir” (2010), “Yazıçı” (2013) kimi filmlərə çəkilib.