Bakı şəhəri, Nərimanov rayonundakı "50 qəpik" restoranında baş verən yanğın söndürülüb.
Hadisə nəticəsində restorana ciddi ziyan dəyib.
Belə ki, restoranın təndirlər olan hissəsi tamamilə yanıb.
Faktla bağlı araşdırma aparılır.
***
15:20
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com FHN-dən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.//Report