14 Yanvar 2021 12:05
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Göyçay rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov