Abşeron rayonunda baş verən iki cinayətin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, oğurluq etdiyinə görə tutulmuş T.Qəmbərovun ətrafında Baş CinayətAxtarış İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının birgə apardıqları əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 2 evdən ümumilikdə 6300 manat pul və 7390 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Qeyd edək ki, T.Qəmbərov yanvarın 18-də həbs olunub.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 8515 manat pul, 12.655 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Saray qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Qəmbərov saxlanılıb.