Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3 000 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov saxlanılıblar.