Zərdab rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 6000 manat, 9600 ABŞ dolları və 100000 rubl oğurlanıb.
Zərdab rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yarməmmədbağı kənd sakini N.Mustafayeva saxlanılıb.